Nəriman Əliyev
28 mart 2022 18:55 (UTC +04:00)

Nəriman Əliyev

“Ştutqart”da QALMAQAL: Bacısı oğlu keçmiş deputatı məhkəməyə verdi

“Ştutqart”ın keçmiş direktoru Əfqan Abdullayev keçmiş deputat Nəriman Əliyev barəsində apelyasiya şikayəti verib.

Lent.az-ın məlumatına görə, Ə. Abdullayevin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətlə bağlı Bakı Apelyasiya Məhkəməsində baş tutacaq məhkəmə prosesinə hakim Şərafət Məmmədova sədrlik edəcək. İş üzrə Əfqan Abdullayev iddiaçı, Nəriman Əliyev və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cavabdeh qismində tanınıblar.

Qeyd edək ki, Ə. Abdullayev keçmiş deputat Nəriman Əliyevin bacısı oğludur.

Əfqan Abdullayev 2021-ci il sentyabrın 7-də “Ştutqart” şirkətinin baş direktoru vəzifəsindən ayrılıb. Bir müddət əvvəl mediada keçmiş deputat Nəriman Əliyevin özünəməxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunması barədə məlumatlar yayılmışdı.

N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırırdı.

# 6555
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Məktəbli qız  "TikTok"dakı üsulla  özünü öldürmək istədi

Məktəbli qız "TikTok"dakı üsulla özünü öldürmək istədi

1 mart 2024 , 15:03
Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

1 mart 2024 , 14:27
Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

1 mart 2024 , 14:07
Azərbaycanlı polkovnik  Ukraynada öldü

Azərbaycanlı polkovnik Ukraynada öldü

1 mart 2024 , 14:05
Kənd sakini Yuxarı Şirvan kanalında batdı

Kənd sakini Yuxarı Şirvan kanalında batdı

1 mart 2024 , 13:49
Avtobusda   məktəbli qız zorlandı

Avtobusda məktəbli qız zorlandı

1 mart 2024 , 13:42
Məktəbdə araq içib  zəhərləndilər

Məktəbdə araq içib zəhərləndilər

1 mart 2024 , 12:57
Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

1 mart 2024 , 12:39