Rusiyanın Volqaqrad violayətinin Kamışin şəhərində kişi arvadına dəmirlə bədən xəsarətləri yetirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, kişi ev işlərinə diqqətsiz yanaşdığı üçün arvadını vurduğunu deyib.
Partnyorunun sosial şəbəkələrdə çox vaxt keçirməsi və ev işlərinə kifayət qədər diqqət yetirməməsi kişinin xoşuna gəlməyib. Qadın dəmiri tutub onu vurmaqla hədələyib, daha sonra təqsirləndirilən şəxs əşyanı arvadının əlindən alaraq, onun baş və üz nahiyəsinə xəsarətlər yetirib.
Zərərçəkmiş özü təcili yardım çağırıb və xəstəxanaya aparılıb. Polis həmin şəxsi nəzarətə götürüb və təcavüzkar cinayətini etiraf edib.
Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsinin müstəntiqləri yerli sakinə qarşı silah qismində əşyadan istifadə etməklə qəsdən sağlamlığa yüngül xəsarət yetirmə faktı ilə bağlı cinayət işi açıb. Onu 2 ilə qədər həbs gözləyir.