SOCAR-da rüşvət  QALMAQALI:   işə düzəltmək üçün...
27 may 2022 10:58 (UTC +04:00)

SOCAR-da rüşvət QALMAQALI: işə düzəltmək üçün...

SOCAR-ın keçmiş operatoru külli miqdarda rüşvət almaqda təqsirli bilinir.

Lent.az-ın əldə etdiyi məlumata görə, Dövlət Neft Şirkətinin keçmiş operatoru İlyas Əhədov tanışlarını köhnə iş yerinə düzəltmək istəyib. Bu məqsədlə 4 tanışından ümumilikdə 33 min manat pul alıb. O, Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan olunub.

İ. Əhədovun bu cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 7-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9438
avatar

Mehman Nəbiyev

Oxşar yazılar