Şöbədə telefonu corabında gizlətdi,  həbs olundu
10 mart 2026 10:57 (UTC +04:00)

Şöbədə telefonu corabında gizlətdi, həbs olundu

0

Polis şöbəsində telefonu gizlədən şəxs həbs olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 15-ci Polis Şöbəsində qeydə alınıb.

Məlumata əsasən, 31 yaşlı Araz Nağıyev (ad və soyad şərtidir) verdiyi şikayətlərə görə şöbəyə izahat verməyə çağırılıb. Şöbəyə getməzdən əvvəl o, “Samsung A33” markalı mobil telefonunu corabında gizlədib. İnzibati binada yoxlama zamanı mobil telefon Arazın üzərində aşkarlanıb və o, polislə mübahisə edərək qanuni tələbə məhəl qoymayıb.

Araz Nağıyev əməlindən peşman olduğunu və polis əməkdaşlarından üzr istədiyini bildirib.

Məhkəmənin hökmü ilə o, 15 gün müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar