“Siyəzən Broyler” ASC məhkəməyə verilib.
Lent.az xəbər verir ki, ASC-nin xaricə göndərdiyi valyuta qarşılığında heç bir iş görmədiyi ortaya çıxıb. Belə ki, quşçuluq firması barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu maddə əsasında vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.