Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
Lent.az-ın xəbərinə görə, ölən şəxs Şirvan sakini, 57 yaşlı Əhmədov Mehman Həsən oğludur.
Xəsarət alan şəxsin Şirvan sakini, 53 yaşlı Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
***
12:36
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə saat 11.30-də qeydə alınıb.
Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Xəsarət alan şəxsin Şirvan sakini, 53 yaşlı Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.