Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən qazi, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Lent.az-ın məlumata görə, Qazi, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.
Törətdiyi hərəkətlərinə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.