Şirvanda əcnəbidən narkotik alan saxlanıldı - FOTO
25 fevral 2023 14:53 (UTC +04:00)

Şirvanda əcnəbidən narkotik alan saxlanıldı - FOTO

Şirvanda sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs ələ keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. R.Cabbarlının cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar