Şirvanda divar uçdu, ÖLƏN VAR  - YENİLƏNİB
07 yanvar 2023 23:57 (UTC +04:00)

Şirvanda divar uçdu, ÖLƏN VAR - YENİLƏNİB

0

Şirvanda üstünə hasar aşan sakin ölüb.

Lent.az APA-ya istinadən xəbər verirki, İbadov Adıbala aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:53

Şirvan sakini uçan hasarın altında qalaraq ağır xəsarətlər alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 39 yaşlı İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.

Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4483

Oxşar yazılar