Şirvanda faciəvi hadisə baş verib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Fakla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.