Şirvanda BİABIRÇILIQ:  həkim doğuşu gecikdirdi, körpə öldü
11 oktyabr 2023 13:00 (UTC +04:00)

Şirvanda BİABIRÇILIQ: həkim doğuşu gecikdirdi, körpə öldü

0

Bu il iyulun 22-də Şirvan şəhər sakini, 23 yaşlı Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı Aygün Əzizovanın bu il iyulun 20-dən 22-dək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5576

Oxşar yazılar