Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı
15 iyun 2023 11:46 (UTC +04:00)

Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı

Tümen vilayətinin Yalutorovski məhkəməsi kişinin gözünü çıxaran şəxsi 6 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkum cəzasını ümumi rejimli koloniyada çəkəcək. Həmçinin o, zərərçəkmişə dəymiş mənəvi ziyanı da ödəməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 111-ci (“Qəsdən sağlamlığa ağır zərər vurma”) maddəsi ilə ittiham olunub.

İş materiallarından belə görünür ki, fevralın 3-də Yalutorovsk şəhərinin sərxoş sakini kafedə siqaret yandırıb. Bundan sonra digər müştəri ona irad tutub. Bu, müttəhimin xoşuna gəlməyib və bıçaq üçün evə gedib. Daha sonra onu incidən şəxsi küçəyə çağırıb. Orada onun gözünə zərbə endirib, nəticədə zərərçəkmiş görmə qabiliyyətini itirib.

Məhkəmədə həmin şəxs özünü təqsirli bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar