Dubaydan uçan təyyarədə ŞOK ANLAR:  azərbaycanlının 77 min dollarını oğurlamaq istəyən TUTULDU
25 dekabr 2025 15:51 (UTC +04:00)

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: azərbaycanlının 77 min dollarını oğurlamaq istəyən TUTULDU

1

Sinqapurda məhkəmə 26 yaşlı Çin vətəndaşı Liu Minə “Singapore Airlines” reysində başqa bir sərnişinin baqajını oğurlamağa cəhd etdiyinə görə 20 ay azadlıqdan məhrumetmə cəzası verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Dubay–Sinqapur marşrutu üzrə uçuş zamanı baş verib. Məhkəmənin məlumatına görə, Liu biznes-klass salonuna digər sərnişinlərin qiymətli əşyalarını oğurlamaq niyyəti ilə daxil olub. O, 52 yaşlı Azərbaycan vətəndaşı və onun həyat yoldaşından bir neçə sıra irəlidə oturub.

Şam yeməyindən sonra, salonun işıqları azaldılan zaman Liu yatmış azərbaycanlı sərnişinin yerinə yaxınlaşıb və onun çantasını yuxarı baqaj rəfindən götürüb. Lakin zərərçəkənin həyat yoldaşı oyanaraq bunu görüb. O, stüardessaya müraciət etdikdən sonra Liu çantanı yerinə qaytarıb və guya çantaları səhv saldığını bildirib.

Təyyarə Çanqi hava limanına endikdən sonra ekipaj hadisə barədə hava limanı xidmətlərinə məlumat verib və Liu saxlanılıb. Zərərçəkənin çantasında təxminən 77 min ABŞ dolları dəyərində nağd pul və qiymətli əşyalar olub: bunlara noutbuk, bahalı saatlar və siqar kolleksiyası daxildir.

Həmçinin qeyd olunur ki, istintaq zamanı Liu polislərlə əməkdaşlıq etməyib və təsadüfi səhv versiyasında israr edib. Halbuki onun şəxsi çantası zərərçəkənin çantasından açıq şəkildə fərqli imiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 538

Oxşar yazılar