Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
37 yaşlı Bayramov Xanlar Bayram oğlu bu il mayın 3-dən Ukraynada itkin düşüb. Məlumata görə, o, Gürcüstanın Bolnisi rayonu, Darvaz kəndində anadan olub.
Rusiya vətəndaşı olan Xanlar Bayramov Rusiya ordusunun tərkibində döyüşüb və Luqansk vilayəti, Novomixaylovka istiqamətində itkin düşüb.
