Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü, 4-ü itkin düşdü
24 dekabr 2025 11:11 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü, 4-ü itkin düşdü

1

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.

Məlumata əsasən, Goranboy rayon sakini Kərimov Dilsuz Haqverdi oğlu Rusiya-Ukrayna müharibəsində həlak olub. O, Rusiya Müdafiə Nazirliyinin tərkibində hərbi əməliyyatlarda iştirak edib. Dilsuz Kərimov Rusiya prezidenti Vladimir Putin tərəfindən "İgidliyə görə" ordeni alıb.

Dilsuz Kərimov

Həmçinin Qazax rayonu Quşçu Ayrım kənd sakini Məmmədov Sənani Əziz oğlu, Sumqayıt şəhər sakini Musayev Əfqan Sahabin oğlu, Lənkəran rayon sakini Qafarov Davud Xanağa oğlu və Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu döyüşlərdə itkin düşüblər. Onların hamısının Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etdiyi bildirilir. Məlumata görə, adları çəkilən azərbaycanlıların bəziləri Rusiya həbsxanalarından azad edilərək, müharibə zonasına göndərilib.

Sənani Məmmədov

Əfqan Musayev

Davud Qafarov

Şəhriyar Axundov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 468

Oxşar yazılar