Kəmərləri bağlayın:  "Uçuç vaxtı 1 saat 5 dəqiqə" - Təyyarə qəzasının YENİ GÖRÜNTÜLƏRİ
25 dekabr 2025 10:43 (UTC +04:00)

Kəmərləri bağlayın: "Uçuç vaxtı 1 saat 5 dəqiqə" - Təyyarə qəzasının YENİ GÖRÜNTÜLƏRİ

1

Bu gün “AZAL”a məxsus təyyarənin Aktauda qəzaya uğramasından bir il ötür. O elə bir qəza idi ki, yalnız hadisə şahidlərinin, onların yaxın-qohumlarının deyil, bütün azərbaycanlıların ürəyini oraya - Aktauya apardı. Görünməsə də, hamımızın duaları orada idi.

Hadisə şahidlərindən biri, qəzadan möcüzə nəticəsində sağ çıxan, Zaqatala sakini Səlihət Ceerova hadisə anında çəkilmiş yeni görüntüləri Lent.az-a təqdim edib.

Görüntülərdə təyyarə bələdçisi Hökumə Əliyevanın sərnişinləri salamlaması, qəza anı və qəzadan sonrakı vəziyyət əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Qəza zamanı Səlihət təyyarədə tək olmayıb. O, atası Xizri Ceerov ilə birlikdə Qroznıya uçurmuş:

"Atam Qroznıya işləməyə, mən də əmimgildə 1 ay istirahət etməyə gedirdim. Təyyarədə hər şey normal idi, qeyri-adi nə isə hiss eləmirdim, birdən partlayış səsi eşitdim. Həmin an kəndimizdən olan bir kişi də mənim qarşımdakı yerdə, pəncərənin kənarında oturmuşdu. Bir an gördüm ki, ona qəlpə dəydi, bəlkə də, təyyarənin qopan hissəsi idi, amma yadımda qəlpə qalıb. Atam yanımda oturmuşdu, o durdu ki, kişiyə baxsın, görsün nə olub, elə həmin an ikinci partlayış oldu, ayağımdan zədə aldım. Atam məni qorumaq üçün dedi ki, sən mənim yerimə keç. Kəmərimi bağladı, özü isə arxada oturdu. Həmin vaxt atamla danışırdım, sual verirdim ki, nə vaxt enəcəyik, nə baş verir? Təyyarənin parçalanıb, aşağı düşdüyü an isə yadımda qalmayıb, beynimdən silinib".

Səlihət qəzadan sağ qurtulsa da atasını itirib:

"Qəza anında atamın harada olduğunu, vəfat edə biləcəyi ehtimalı düşünə bilmirdim, özümdə deyildim, həkimlər deyir ki, xəstəxanaya çatdırılanda 2 faiz qanım qalıbmış bədənimdə. Səhv etmirəmsə, yanvarın 10-u dedilər ki, atan dünyasını dəyişib". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1718

Oxşar yazılar