Türkiyədə azərbaycanlı sürücü  qəzada yaralandı
25 dekabr 2025 12:06 (UTC +04:00)

Türkiyədə azərbaycanlı sürücü qəzada yaralandı

0

Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzada yaralanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Rize rayonunun Bazar qəsəbəsində Qaradəniz Sahil yolunda baş verib.

Azərbaycanlı Z.E.-nin iri yük avtomobili TIR yağış səbəbilə yaranmış sürüşkən yolda idarəetmədən çıxaraq, başqa bir TIR-a çırpılıb. Nəticədə Z.E. xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, qəzaya uğrayan TIR tikinti materialları daşıyırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar