"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
27 avqust 2025 15:12 (UTC +04:00)

"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT

Bir neçə gün əvvəl polisin Bakıda bir qrup qadının ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərdiyi üçün saxlaması barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, "MOUZE" teleqram kanalı saxlanılan qadınlardan ibarət dəstənin başçısı "Seyidə Şəhla" ləqəbli Şəhla Fərəcova haqqında yeni fakt paylaşıb. 

Kanalın yaydığı məlumata görə, "Seyidə Şəhla" Azərbaycanda “Hüseyniyyun” terror təşkilatının əsas təbliğatçısı olub. 

Kanal həmçinin Seyidə Şəhla"nın “Hüseyniyyun” terror təşkilatını təbliğ etməsinə dair görüntü də paylaşıb. 

Həmin görüntünü təqdim edirik: 

Qeyd edək ki, “Hüseyniyyun” Azərbaycanda terror təşkilatı kimi tanınır.

Təşkilatın başında duran Tohid-İbrahimbəyli hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfdinən axtarışdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar