Bakının Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe müəyyən olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Cənub” kafesində Sevgililər günü ilə əlaqədar 15 nəfərin həmin günü qeyd etmələri aşkarlanıb.
İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.