Kalininqrad vilayətində sərxoş yol polisi inspektoru həmkarını vuraraq qaçıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Qvardeyski rayonunda baş verib. Məlumata görə, 42 yaşlı yol polisinin böyük inspektoru işdənkənar “Audi A8” markalı avtomobillə sərxoş vəziyyətdə Sokolniki kəndinin yanından keçərkən həmkarları tərəfindən saxlanılıb. Məlum olub ki, həmin an onun həmkarları yol hərəkəti qaydalarını pozanlara qarşı reyd keçirirmiş.
Öz təhlükəsizlik işçilərini görən müfəttiş qaza basaraq sürətlə yol polisini yerə yıxıb. Onun saxlanılması təxminən bir saat davam edib. Məlumata əsasən, yol polisi “Audi”ni saatda 210 km sürətlə idarə edib.
Cinayətkar qaça bilib və hazırda axtarışdadır. “Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb, həmin şəxsi 5 ilədək həbs cəzası gözləyir.
Onun vurduğu polis ciddi xəsarət almayıb.