Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Hadisə kişinin yaşadığı 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı mənzilləri bürüyən tüstüdən 3 nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.