Türkiyədə sərxoş kişi dəhşət yaşadıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Büyükçekmece adlanan ərazisində qeydə alınıb. Spirtli içkinin təsirində olan 38 yaşlı Aziz. Ç. hallüsinasiya görərək tapança ilə ətrafa atəş açmağa başlayıb. Bunun üçün o, binanın girişinə girərək “gizlənib” və küçəyə kortəbii atəş açıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Sakinlərin şikayəti əsasında hadisə yerinə gələn polislər kişini saxlaya biliblər. Onun evindən külli miqdarda güllə və 5 bıçaq aşkarlanıb.
Kişinin psixoloji durumuna görə xəstəxanaya yerləşdirildiyi bildirilir.