Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
06 iyul 2026 09:56 (UTC +04:00)

Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU

1

Axşam Şərurda baş verən dəhşətli qəzada həlak olanların fotoları yayımlanıb.

Lent.az xəbər verir ki, hadisədə dünyasını dəyişən ata, ana və azyaşlı uşağın fotoları sosial şəbəkələrdə yayımlanıb.

***

02:11

Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Püsyan kəndi ərazisindən keçən avtomobil yolunda baş verib.

Belə ki, "VAZ-2107" və "NAZ-Lifan" markalı minik avtomobillərinin toqquşması nəticəsində ata Nəvai Həsənov, ana Tamara Həsənova və onların azyaşlı övladı Alparslan Həsənov hadisə yerində ölüblər.

Qəza zamanı ailənin digər övladı İnci Həsənova və "NAZ-Lifan" markalı avtomobilin sürücüsü Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1450

Oxşar yazılar