Şərurda evdən pul və qızıllar oğurlandı
14 mart 2023 13:09 (UTC +04:00)

Şərurda evdən pul və qızıllar oğurlandı

0

Naxçıvanda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 10-na keçən gecə Şərur şəhər ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Oğlanqala kənd sakini N.Məhərrəmov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1773

Oxşar yazılar