Sərnişin təyyarədə üsyan etdi:  onu oturacağa  bağladılar -  VİDEO
25 sentyabr 2025 19:20 (UTC +04:00)

Sərnişin təyyarədə üsyan etdi: onu oturacağa bağladılar - VİDEO

0

ABŞ-da American Airlines aviaşirkətinə məxsus, Las-Veqasa istiqamətlənən təyyarədə gözlənilməz hadisə baş verib. İki uşaq anası olan sərnişin Keti Cey Dilon qaydaları pozub, ekipaj üzvlərinə və sərnişinlərə hədə-qorxu gəlib.

O, dəfələrlə öz yerində oturmaqdan imtina edib, söyüşlər səsləndirib və qəribə, qorxulu bəyanatlar verib. Dilon hətta uşaqlıqda atasını “Tres Pasitos” adlı təhlükəli kimyəvi maddə ilə zəhərləməyə cəhd etdiyi deyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, uçuş zamanı o, stüardessalardan birinə elə möhkəm zərbə vurub ki, qadın yıxılıb.

Ekipaj və sərnişinlər qadını zərərsizləşdirməyə məcbur qalıblar. Onu təyyarə kreslosuna bağlayıblar. Qandal və skoçla əllərini, ayaqlarını və bədənini sabitləyiblər və uçuşun sonuna qədər bu vəziyyətdə saxlayıblar.

Las-Veqasda Harri Rid aeroportuna enişdən sonra Federal Təhlükəsizlik Xidmətinin agentləri təyyarəyə minib. Polis Dilonun başını örtüb ki, tüpürcək atma təhlükəsinin qarşısı alınsın, sonra isə onu təyyarədən çıxarıb.

Qadın həbs olunub və Henderson həbsxanasına yerləşdirilib. Ona ekipaj üzvünə hücum və ictimai asayişin pozulması ilə bağlı ittiham irəli sürülüb. Əgər məhkəmədə təqsirli bilinərsə, onu ABŞ federal qanunlarına əsasən 20 ilədək həbs cəzası gözləyir.

American Airlines hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar