Misirin cənub-qərbində sərnişin avtobusu magistral yolda yavaş hərəkət edən yük maşınına çırpılıb.
Hadisə nəticəsində, ilkin məlumatlara görə, 18 nəfər ölüb.
Lent.az bildirir ki, bu barədə “Associated Press” rəsmilərə və yerli KİV-ə istinadən xəbər verir.
Qəza Yeni Vadi əyalətində baş verib. Misir Səhiyyə Nazirliyinin məlumatına görə, daha 29 nəfər xəsarət alıb. Zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara çatdırmaq üçün hadisə yerinə 26 təcili tibbi yardım maşını göndərilib. Ölümlə nəticələnən qəzanın səbəbi hələlik açıqlanmayıb.