Rusiyanın Vladivostok şəhərində iki polis zabiti tabeliyində olan serjantlardan pul yığıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Primorsk diyarının İstintaq Komitəsinin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Vladivostokdakı idarə heyətinin əməkdaşları mükafatlardan məhrum edilmiş həmkarlarına təzminat kimi tabeliyində olan digər işçilərdən pul tələb ediblər. Həmin polislər isə 2023-cü ildə intizam qaydalarını pozduqları üçün mükafatdan kənar qalıblar.
Daxili İşlər Nazirliyinin Regional İdarəsinin Mühafizə Orqanları İdarəsi materialları İstintaq Komitəsinə verib, daha sonra “Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi başlanıb.
İstintaqdan əvvəlki yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.