“Sərin” restoranının sahibi cərimələndi -FOTO  -VİDEO
22 avqust 2021 11:30 (UTC +04:00)

“Sərin” restoranının sahibi cərimələndi -FOTO -VİDEO

0

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının  pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a  verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2793

Oxşar yazılar