İtaliyada şərab zavodunun işçisi boğulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, şərabçı Marko Bettolini və həmkarı Viçensa əyalətindəki zavodda çəni təmizləyərkən təhlükə ilə üzləşiblər. Qəfil şərabçı çənin içərisində qalan həmkarının itdiyini görüb və onun köməyinə qaçıb. Onu səthə çıxaran italyan özü çənə düşərək şərabda boğulub.
Bettolininin həmkarını isə xilas etmək mümkün olub.