Şənlikdə FACİƏ:  153 nəfər öldü   -  YENİLƏNİB  - VİDEO
30 oktyabr 2022 14:35 (UTC +04:00)

Şənlikdə FACİƏ: 153 nəfər öldü - YENİLƏNİB - VİDEO

Cənubi Koreyanın Seul şəhərində bayram şənliyində yaşanan izdiham zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

 

***

06:58

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

Lent.az xəbər veririr ki, bu barədə “News-1” agentliyi məlumat yayıb.

Bildirilib ki, 82 yaralıdan 19-un vəziyyəti ağır qiymətləndirlir.

270 nəfərin taleyi barədə isə məlumat yoxdur.

YTN-nin məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənninin İtxovenn bölgəsində olması xəbəri ilə baş verib.

Bundan sonra bir çox insan ulduzun dincəldiyi hotelin yerləşdiyi dar xiyabana axışıb.

***

Saat 02:25

Cənubi Koreyada Hellouin bayramı münasibətilə Seulun mərkəzindəki izdihamda ölənlərin sayı 149-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 150 nəfərin yaralandığı, 76 nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var.

***

29.10.2022

Saat 23:35

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə "Associated Press"agentliyi məlumat yayıb.

Məlumata görə, 150 nəfər xəsarət alıb.

***

Saat 22:45

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.

Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.

Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.

Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.

Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

***

Saat 22:39

Cənubi Koreyanın paytaxtı Seulda kütləvi Hellouina şənliyi zamanı dar küçədə hərəkətdə olan izdiham nəticəsində 50 nəfərin ürəyi dayanıb.

Lent.az bildirir ki, “Associated Press”İn xəbərinə görə, həkimlər zərərçəkənləri reanimasiya etməyə çalışırlar, ölənlərin sayı barədə isə hələlik dəqiq məlumat yoxdur.

Fövqəladə hadisə yerinə 400-dən çox xilasedicinin göndərildiyi bildirilir. Zərərçəkənlərin bəzilərinə yerində ürək-ağciyər reanimasiyası aparılır, bəziləri isə xəstəxanalara göndərilib.

Agentlik yerli mətbuata istinadən xəbər verir ki, izdiham adı açıqlanmayan məşhurun ora getməsi xəbərinə görə barlardan birinə doğru hərəkət edib.
 

# 9087
avatar

Oxşar yazılar