Şəmkirdə qəzada bir nəfər  öldü
20 mart 2022 23:41 (UTC +04:00)

Şəmkirdə qəzada bir nəfər öldü

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində bir nəfər ölüb altı nəfər xəsarət alıb.

Qəza zamanı 58 yaşlı Şəmsiyə Hüseynova hadisə yerində ölüb. 

Xəsarət alanlardan 37 yaşlı Turac Kosayev, 37 yaşlı Elxan Kosayev, 33 yaşlı Günay Məmmədova, 24 yaşlı Qumru Sultanova, 36 yaşlı Ülvi Məmmədzadə və 5 yaşlı Nərgiz Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2014

Oxşar yazılar