Şəmkirdə minik avtomobili aşdı, sürücü xəsarət aldı
31 dekabr 2021 23:03 (UTC +04:00)

Şəmkirdə minik avtomobili aşdı, sürücü xəsarət aldı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı  avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq  aşıb. Qəza zamanı sürücü 1990-cı il təvəllüdlü Qasımov Vasif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. 
 

# 1197
avatar

Oxşar yazılar