Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.
Azyaşlı xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.