Şəmkirdə daha bir məktəbli qız ərə verilir:   polisə çağırıldılar
15 noyabr 2022 21:38 (UTC +04:00)

Şəmkirdə daha bir məktəbli qız ərə verilir: polisə çağırıldılar

Şəmkirdə daha bir məktəbli qızın nikaha daxil olması barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Həmçinin Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə məktəbli qıza nişan mərasimi keçirildiyini bildirib.

Onun sözlərinə görə, Şəmkir şəhəri Cahangir Rüstəmov adına məktəbin 11-ci sinfində təhsil alan qızın oktyabrın 15-də nişan mərasimi baş tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayonunda daha bir yetkinlik yaşına çatmayan şıxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb:
"Belə ki 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır".

Qeyd edək ki, bu gün Şəmkirdə 14 yaşlı qızın əmisi oğluna ərə verilməsi barədə məlumat vermişdik.

# 1680
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11