Polis Şəmkirdə yeniyetmə qızın ərə verilməsinə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin qızın evində olub:
“Rayon Polis Şöbəsinin əməkdaşları 14 yaşlı qızla söhbət aparıb. Qız ona elçi gəldiyini təsdiqləyib. Onun sözlərinə görə, yaxın zamanlarda nişan olacaq. Toyun isə 18 yaşından sonra baş tutacağını deyib. Qızın və oğlanın valideynləri polisə dəvət olunaraq, profilaktiki söhbət aparılıb. Onlara bildirilib ki, toyun yalnız qızın 18 yaşından sonra keçirilməsi mümkündür. Əks halda onlar məsuliyyət daşıyacaqlar”.
***
Saat: 12:07
Şəmkirdə 14 yaşlı qız ərə verilir.
Bu barədə Lent.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, Şəmkir rayonunda 14 yaşlı qız 26 yaşlı əmisioğlu ilə nişanlandırılıb.
Qeyd edək ki, qızın 15 yaşı yanvar ayında tamam olacaq.