Şəmkir rayonunda yaşayış evində meyit aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü E.Əlizadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən tapılıb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.