Şəmkir sakinləri başqa rayonda narkotikə görə tutuldular
07 yanvar 2023 11:43 (UTC +04:00)

Şəmkir sakinləri başqa rayonda narkotikə görə tutuldular

0

Tovuzda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar.

Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar