Şəmkir sakininin kənddə gizlətdiyi "Kalaşnikov" götürüldü
08 may 2023 12:45 (UTC +04:00)

Şəmkir sakininin kənddə gizlətdiyi "Kalaşnikov" götürüldü

0

Şəmkir sakinindən narkotik və odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini C.Aslanov saxlanılıb.

C. Aslanovdan marixuana, kənd ərazisində gizlətdiyi nömrəsi silinmiş “AK-74” markalı avtomat silah, 2 ədəd patron darağı və 10 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1702

Oxşar yazılar