Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə külli miqdarda ziyan dəyib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib.
Bundan başqa, mətbuatda Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı açıqlanıb.
Məlumata görə, sabiq nazirin bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.
Həmin əmlaklar bunlardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38
2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3
3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi
4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108
5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71
6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51
7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri
8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.