Cənubi Afrika Respublikasının şərqindəki Durban şəhərində daşqınlar nəticəsində 306 nəfər ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hökumətin yaydığı məlumata görə, təbii fəlakət ölkə tarixində ən ölümcül olub.

Son 60 ilin ən güclü yağışları nətcəsində Durban və ətraf ərazilərdəki yollar və körpülər dağılıb. Qatarların hərəkət cədvəli pozulub. Altı mindən çox evə ziyan dəyib. Afrikanın ən əhəmiyyətli limanı Durbanda yük konteynerləri ətrafa dağılıb. Hazırda limanın işi dayandırılıb.

Cənubi Afrikanın KvaZulu-Natal əyalətinin bəzi hissələrinə son iki gündə 450 millimetrdən çox yağış düşüb.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa daşqını “fəlakət” adlandırıb.