Lipetskdə kişi səkkiz azyaşlıya təcavüz etməkdə şübhəli bilinir.
Lent.az xarici mətbuata istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, 30 yaşlı kişi sosial şəbəkələrdə qurbanları axtarıb. Yazışmalar zamanı qızlarla intim materialları mübadiləsi aparıb və onların etimadını qazanıb.
Sonra şübhəli şəxs məktəbli qızları Oktyabrski körpüsünün altında şəxsi görüşə dəvət edib. Orada hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müttəhim qızları zorlayıb.
Bu epizodlar məlum olduqdan sonra həmin şəxs saxlanılıb. Hazırda o, həbsdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır.