Yanvarın 13-də İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs bir həftə sonra dünyasını dəyişib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Quşencə kənd sakini Sovetxan Muradəliyevə məxsus ümumi sahəsi 320 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evdə baş verən yanğın zamanı ev sahibinin həyat yoldaşı 79 yaşlı Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölmüşdü. Hadisə zamanı ağır xəsarətlər alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən ev sahibi Sovetxan Muradəliyev bu gün xəstəxanada dünyasını dəyişib.