Şəkidə QƏZA:   xəsarət alan var - FOTO
28 yanvar 2022 21:48 (UTC +04:00)

Şəkidə QƏZA: xəsarət alan var - FOTO

Hadisə saat 20 radələrində Şəki-Giriş yolunun 12-ci kilometrliyində, Şəki rayonu ərazisində baş verib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, 1992-ci il təvəllüdlü Balakən şəhəri sakini Uluxanov Ziyavəddin Həsən oğlunun idarə etdiyi “Nissan Maxima” markalı 10 MH 747 dövlət qeydiyyat nişanlı avtomobillə, 1960-cı il təvəllüdlü Şəki rayonunun Çələbixan qəsəbə sakini  Bayramov Elçin Əşrəf oğlunun idarə etdiyi “VAZ-2106” markalı 55 BH 796 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticədə “Jiquli”nin salonunda olan sərnişin, 1967-ci il təvəllüdlü Şəki rayonunun Çələbixan qəsəbəsi sakini Bayramova Nazənin Asabəli qızı xəsarət alaraq Şəki RMX-na müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Oxşar yazılar