Şəkidə evdə partlayış olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində baş verib. Fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə zamanı 23 yaşlı Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.