Şəkidə orta məktəbdə ölüm hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Aran kənd tam orta məktəbində baş verib. Təhsil ocağında texniki işçi kimi çalışan həmin kənd sakini, 51 yaşlı Əzizov Telman Məhərrəm oğlunun vəziyyəti qəfil pisləşib və o, keçinib.
Onun ürək tutmasından öldüyü məlum olub.