Şəkidə kişi ağacdan yıxılaraq, ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Baş Layısqı kəndində baş verib.
Kənd sakini 65 yaşlı Şirinov Allahyar Hümbət oğlu ağacdan qoz yığarkən müvazinətini itirərək yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.