Şəkidə dostunun evinə qonaq gedən kişi ölüb.
Lent.az-ın məlumatına görə, dostunun evinə qonaq gedən şəhər sakini, 64 yaşlı İmamverdiyev Şakir Mövlud oğlu yemək yediyi zaman qəflətən halı pisləşib və ölüb.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.