Şəkidə  doludan ziyan çəkən   kənd sakinlərinə yardım ediləcək
23 iyun 2023 21:20 (UTC +04:00)

Şəkidə doludan ziyan çəkən kənd sakinlərinə yardım ediləcək

İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.

Lent.az-ın məlumatına görə, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib.. 

Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Oxşar yazılar