Şəkidə AĞIR QƏZA : 2 ölü, 3 yaralı -YENİLƏNİB  -FOTOLENT
11 avqust 2024 16:07 (UTC +04:00)

Şəkidə AĞIR QƏZA: 2 ölü, 3 yaralı -YENİLƏNİB -FOTOLENT

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan Zaqatala rayonu Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı  minik avtomobil  Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

***

15:39

Xəbərə fotolar əlavə edilib.

***

13:55

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.

Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5379
avatar

Oxşar yazılar