Şəkidə 90 yaşlı kişi niyə intihar edib?- TƏFƏRRÜAT
11 sentyabr 2023 18:04 (UTC +04:00)

Şəkidə 90 yaşlı kişi niyə intihar edib?- TƏFƏRRÜAT

 Xəbər verdiyimiz kimi, Şəkidə 90 yaşlı kişi  intihar etmişdi. Hadisə haqqında haqqında bəzi təfərrüatlar aydın olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, 90 yaşlı Aman Zəkəriyyə oğlu İsgəndərov kənd yerlərində “yer evi” deyilən tikilidə tək yaşayırmış. Oğlu ilə bir həyətdə olsalar da, ata tək yaşayıb. 

Gecə saatlarında yuxudan oyanıb və çarpayısına benzin təkərək od vurub. Yanğın böyük olmasa da yanan yorğan-döşəyin tüstüsünə boğulduğunu görən A.İsgəndərov otaqdan çıxmağa çalışıb. Tüstüdən böğulan 90 yaşlı kişi elə qapının ağzında dünyasını dəyişib.

Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, mərhumun intihar səbəbi heç kəsə məlum deyil. Öldüyü günə qədər sağlam həyat tərzi olub, heç kəslə də heç bir problemi olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3468

Oxşar yazılar